Azərbaycana Portuqaliyadan göndərilən 10 min dolları Bakıdakı bankdan naməlum şəxs aparıb - EKSKLÜZİV

Azərbaycana Portuqaliyadan göndərilən 10 min dolları Bakıdakı bankdan naməlum şəxs aparıb - EKSKLÜZİV Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
28 İyul , 2017 17:34
Azərbaycana Portuqaliyadan göndərilən 10 min dolları Bakıdakı bankdan naməlum şəxs aparıb - EKSKLÜZİV

Bakı. 28 iyul. REPORT.AZ/ Bakı şəhər sakininə Portuqaliyadan göndərilən pulu bankdan naməlum şəxs aparıb.

“Report”un xəbərinə görə, hadisə Xətai rayonunda baş verib.

Belə ki, Portuqaliyada yaşayan Qızxanım İbrahimova oğlu, Bakı sakini Emil İbrahimova 10 min ABŞ dolları məbləğində pul göndərib. Lakin həmin pulu “Bank of Baku”nun Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 152 C ünvanındakı ofisindən naməlum şəxs çıxarıb. Bundan xəbər tutan E.İbrahimov polisə müraciət edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi