Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb Bakı. 12 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.
Hadisə
12 Mart , 2018 16:03
Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb
Dsx.gov.az

Bakı. 12 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən "Report"a verilən məlumata görə, 2018-ci ilin 10 mart tarixində 2 halda Azərbaycan ərazisinə narkotik vasitələrin qaçaqmal yolu ilə qanunsuz keçirilməsinin qarşısı alınıb. 

Belə ki, Lənkəran sərhəd dəstəsinin Astara rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azər­baycan Respublikası istiqamətində dövlət sərhədini pozan 2 nəfər şəxsin qarşısı alınıb, sərhəd pozucuları qanunsuz yolla dövlət sərhədindən keçirmək istədikləri qaçaqmalı ataraq hava­nın qaranlıq və ərazinin sıx meşəlik olmasından istifadə etməklə geriyə qaçıblar. Hadisə yerinə baxış zamanı sərhəd pozucu­larına məxsus 535 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. 

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçı gəmisi tərəfindən Astara rayonunun Şahağacı kəndi istiqamə­tin­də Azərbaycan Respublikasının sərhəd sularında rejimə nəzarət həyata keçirilərkən su səthində kustar üsulla hazırlanmış buy, buya bağlanılmış kisədə isə 2200 qram narkotik vasitə olan heroin aşkar oluna­raq dövriyyədən çıxarılıb. 

Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi