Yuxarı

İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb

Hər iki faktla bağlı təhqiqat aparılır

Bakı. 7 yanvar. REPORT.AZ/ İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində heroin aşkar edilib. Bu barədə "Report"a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan vətəndaşı Yusra Əliyevanın üzərinə baxış keçirilib. Yoxlama nəticəsində ondan 1 ədəd bağlamada, ümumi xalis çəkisi 127,760 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda isə İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Rostamnejadlankan Majıd Askarının üzərində yoxlama zamanı ondan 8 ədəd bükümdə, cəmi 38 ədəd metadon adlı həb aşkar edilərək götürülüb.

Xatırladaq ki, metadon adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və aşkar olunan 38 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,52 qram təşkil edir.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi