Yuxarı

Azərbaycana narkotik maddə keçirmək istəyən ​İran vətəndaşı tutulub

Araşdırmalar davam etdirilir

Bakı. 12 yanvar. REPORT.AZ/ Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı Jamal Azarıyeh Abolfazl Sadeghın idarə etdiyi "Scania" markalı yük avtomobilinə xidməti itin tətbiqi ilə baxış zamanı müxtəlif adda narkotik vasitə və psixotrop maddə aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Belə ki, "Butç” ləqəbli həmin itin reaksiyasına əsasən, avtomobilin ayrı-ayrı yerlərində gizlədilmiş narkotik vasitələr - 4 ədəd bükümdə, ümumi xalis çəkisi 31,03 qram olan həşiş qətranı, 1 ədəd bükümdə, xalis çəkisi 1,370 qram olan tiryək, 1 ədəd plastik qabda, 85 ml həcmində olan tiryəkin məhlulu, 4 konvalyutda, cəmi 21 ədəd olan metadon adlı həblər, 4 ədəd qabda isə ümumilikdə 360 ml həcmində olan metadonun məhlulu aşkara çıxarılıb.

Daha sonra avtomobilə baxış zamanı 2 ədəd plastik borucuqda, ümumi xalis çəkisi 0,308 qram olan psixotrop maddə - metamfetamin də aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi