Azərbaycana narkotik maddə keçirən İran vətəndaşı tutulub - FOTO

Azərbaycana narkotik maddə keçirən İran vətəndaşı tutulub - FOTO Saxlanılan şəxs əvvəllər də Azərbaycan ərazisində həbs olunaraq öz ölkəsinə təhvil verilib
Hadisə
10 Noyabr , 2015 14:54
Azərbaycana narkotik maddə keçirən İran vətəndaşı tutulub - FOTO

Bakı. 10 noyabr. REPORT. AZ /Cəlilabad  Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı narkotik maddə alverçiləri saxlanılıb. "Report" xəbər verir ki, İran İslam Respublikası vətəndaşı Lətifi Qulamzadə Azərbaycanın dövlət sərhədlərini qanunsuz keçərək, 1.3 kiloqram narkotik maddə olan heroini satış məqsədi ilə ölkə ərazisinə keçirməyə nail olub. Daha sonra L.Qulamzadə  Cəlilabad rayon sakini Elməddin Mehman oğlu İsbarov ilə rayonun Məlikqasımlı kəndində görüşüb. Əməliyyat zamanı hər iki şəxs narkotik maddəni ataraq qaçmaq istəsələr də onlar yaxalanıblar. 
Qeyd edək ki, saxlanılan İran vətəndaşı əvvəllər də Azərbaycan ərazisində həbs olunaraq öz ölkəsinə təhvil verilib. 
Hazırda faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi