Yuxarı
    Bağlamaq

    Azərbaycana məxsus təyyarənin Əfqanıstanda qəzaya uğramasının səbəblərini xüsusi komissiya araşdıracaq - EKSKLÜZİV

    Komissiyanın tərkibinə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının üzvləri də daxil ediləcək

    Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycana məxsus "AN-12” təyyarəsinin Əfqanıstanda qəzaya uğramasının səbəblərini araşdırmaq üçün Dövlətlərarası Aviasiya Komitəsində xüsusi araşdırma komissiyası yaradılacaq. 

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Mülki Aviasiya Administrasiyasından məlumat verilib. 

    Qurumdan bildirilib ki, iyunun 7-də Əfqanıstanın Mülki Aviasiya qurumunun rəhbərliyi “AN-12” təyyarəsində baş verən aviasiya hadisəsinin səbəblərinin Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən araşdırılmasına razılıq verib. 

    Komissiyanın tərkibinə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının üzvləri də daxil ediləcək: "Texniki komissiyanın gördüyü işlərin yekunlarına və bort registratorların (“qara qutuların”) ilkin oxunmasına əsasən, komissiya üç səbəbi araşdıracaq: hava gəmisi aqreqatlarının texniki nasazlığı, hava şəraiti - yüksək temperatur və ekipajın yalnış hərəkəti".

    Administrasiyadan bildirilib ki, eyni zamanda araşdırmaya konstruktor bürolarının nümayəndələri də cəlb olunacaq: "Araşdırmanın yekun nəticələri barədə ətraflı məlumat veriləcək".

    Qeyd edək ki, mayın 18-də qəzaya uğrayan “Silk Way” aviaşirkətinin “An-12” yük təyyarəsi Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə şirkətdən icarəyə götürülüb. Təyyarənin göyərtəsində 5 Azərbaycan vətəndaşı, 3 Ukrayna vətəndaşı və 1 Özbəkistan vətəndaşından ibarət (hava gəmisinin kapitanı) doqquz ekipaj üzvü olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi