Azərbaycana külli miqdarda fişəng və pirotexniki vasitənin gətirilməsinin qarşısı alınıb

Azərbaycana külli miqdarda fişəng və pirotexniki vasitənin gətirilməsinin qarşısı alınıb Bakı. 7 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Sadıxlı gömrük postunda Gürcüstandan Azərbaycana Mersedes-Benz 300 D markalı avtomobillə gələn qonşu ölkə vətəndaşı ilə idarə etdiyi avtomobildə və ya üzərində gömrük nəzarətindən gizlədilən və gömrük orqanına mütləq bəyan edilməli olan hər hansı predmetin olmasına dair şifahi sorğu-sual aparılıb.
Hadisə
7 Dekabr , 2017 09:53
Azərbaycana külli miqdarda fişəng və pirotexniki vasitənin gətirilməsinin qarşısı alınıb
Customs.gov.az

Bakı. 7 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sadıxlı" gömrük postunda Gürcüstandan Azərbaycana "Mersedes-Benz 300 D" markalı avtomobillə gələn qonşu ölkə vətəndaşı ilə idarə etdiyi avtomobildə və ya üzərində gömrük nəzarətindən gizlədilən və gömrük orqanına mütləq bəyan edilməli olan hər hansı predmetin olmasına dair şifahi sorğu-sual aparılıb.

“Report” DGK-ya istinadən xəbər verir ki, həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirsə də, keçirilən gömrük baxışı zamanı avtomobilin arxa oturacağının içərisindən və alt hissəsində xüsusi düzəldilən gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilən üzərində gürcü əlifbası ilə yazılar olan 576 ədəd fişəng və 160 qutu pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi