İrandan Azərbaycana 73 kq narkotikin gətirilməsinin qarşısı alınıb, saxlanılanlar var

İrandan Azərbaycana 73 kq narkotikin gətirilməsinin qarşısı alınıb, saxlanılanlar var Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz döv­riy­­­yəsinə qarşı mübarizə tədbirləri davam etdirilir
Hadisə
8 Fevral , 2021 12:27
İrandan Azərbaycana 73 kq narkotikin gətirilməsinin qarşısı alınıb, saxlanılanlar var

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz döv­riy­­­yəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən "Report"a bildirilib ki, fevral ayının 7-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Abbasalı kəndi yaxınlığındakı sərhəd zasta­vasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolaqda 4 nəfər naməlum şəxsin hərəkəti müşahidə olunub.

Sərhəd naryadı tərəfindən onlara “Dayan” komandası verilmiş, sərhəd pozucuları əmrə tabe olmayaraq hadisə yerin­dən qaç­ıb­lar.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qa­pa­dıl­ıb, sərhəd naryadları tərəfindən qaçaqmalçıların təqibi və hadisə yerinin axtarışı hə­yata keçirilib.

Əraziyə baxış zamanı 4 ədəd qara rəngli kisədə təxmini ümumi çəkisi 73 kiloqram olan narkotik vasitələrə və psixotrop preparatlara oxşar maddələr aşkar olu­na­raq götürülüb.

Sərhəd pozucularından biri - Yardımlı rayon sakini 1991-ci il təvəllüdlü Heydərli Orxan Nizami oğlu sərhəd naryadı tərəfindən yaxalanıb, digər 3 nəfər ərazinin mü­rəkkəb dağlıq və meşə relyefli olmasından istifadə edərək hadisə yerindən uzaqlaş­ıblar.

Sərhəd pozucularının şəxsiyyətləri dərhal müəyyənləşdirilmiş, Yardımlı rayo­nu­nun polis şöbəsinin əməkdaşları ilə birlikdə həyata keçirilmiş təxirəsalınmaz əmə­liy­yat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon sakinləri 1991-ci il təvəllüdlü Sultanov Eldəniz Arzuman oğlunun və 1996-cı il təvəllüdlü Sultanov Orxan Ənvər oğlunun olduqları yer müəyyən edilərək saxlanılıblar.

Saxlanılmış şəxslərin sərhəd naryadlarının təqibindən yayınmaq üçün yüksək qa­ya­lıq­dan tullanmaları nəticəsində yüngül bədən xəsarətləri almaları məlum olub. Digər sərhəd pozucusunun axtarışı üzrə tədbirlər həyata keçirilir.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi