Bakı. 3 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan Azərbaycana gətirilən, ölkə vətəndaşının idarə etdiyi, 2015-ci ildə istehsal olunan "Lexus ES250" markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.
"Report" DGK-ya istinadən xəbər verir ki, müvafiq qaydada yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.