Yuxarı

Azərbaycana gələn İran vətəndaşından narkotik maddə aşkarlanıb

Faktla bağlı araşdırmalar davam etdirilir

Bakı. 31 mart.REPORT.AZ/ Astara Gömrük İdarəsi İran vətəndaşlarından 0,83 qram narkotik vasitə - həşiş qətranı aşkar edib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsinin əməkdaşları narkotik vasitəni “Scania” markalı sərnişin avtobusunda aşkarlayıb.

Məlumata əsasən, gömrük nəzarəti İran vətəndaşları sürücü Paşayi Məhəmməd Bağır Xəlil oğlu və onun köməkçisi Radfar Farbud Cəmşid oğlunun olduğu avtobusda kinoloji xidmət itinin köməyi ilə həyata keçirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi