Azərbaycana gələn Gürcüstan vətəndaşının avtomobilinin yanacaq çənindən fişəng və pirotexniki vasitələr aşkar edilib - VİDEO

Azərbaycana gələn Gürcüstan vətəndaşının avtomobilinin yanacaq çənindən fişəng və pirotexniki vasitələr aşkar edilib - VİDEO Faktla bağlı araşdırma aparılır
Hadisə
28 Sentyabr , 2017 15:05
Azərbaycana gələn Gürcüstan vətəndaşının avtomobilinin yanacaq çənindən fişəng və pirotexniki vasitələr aşkar edilib - VİDEO
Customs.gov.az

Bakı. 28 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına idarə etdiyi "Mersedes Benz" markalı avtomobillə daxil olan Gürcüstan vətəndaşı Məşədiyev Rusif Firudin oğlunun idarə etdiyi nəqliyyat vasitəsinə gömrük nəzarətindən gizlədilən və ya gömrük orqanına bəyan edilməyən predmetlərin olub-olmamasına dair şifahi sorğu-sual aparılıb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, gömrükçülərin suallarına mənfi cavab versə də, R.Məşədiyevin idarə etdiyi nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə keçirilən gömrük baxışı zamanı avtomobilin qaz balonunun içərisində düzəldilən xüsusi saxlanc yerindən üzərində "Roman Candle" sözləri yazılan 60 qutu fişəng və üzərində "Super Blitz" sözləri yazılan hər birində 10 ədəd olmaqla 40 qutu pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi