Azərbaycana əl yükündə pnevmatik tapança gətirilməsinin qarşısı alınıb

Azərbaycana əl yükündə pnevmatik tapança gətirilməsinin qarşısı alınıb Faktla bağlı araşdırma aparılır
Hadisə
7 Aprel , 2017 10:37
Azərbaycana əl yükündə pnevmatik tapança gətirilməsinin qarşısı alınıb
Customs.gov.az

Bakı. 7 aprel. REPORT.AZ/ Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada xəttinə daxil olan Azərbaycan vətəndaşının əl yükünə "Heimann X-Ray" markalı rentgen qurğusunda gömrük baxışı keçirilib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yoxlama zamanı əl yükünün içərisindən gömrük nəzarətinə bəyan edilməyən, üzərində "MP 654K Cal. 4.5 mm" yazıları əks olunan 1 ədəd T0192493 pnevmatik tapança aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi