Yuxarı
    Bağlamaq

    Azərbaycana Dubaydan "beşbarmaq" gətirilməsinin qarşısı alınıb

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 23 fevral. REPORT.AZ/ Dubay-Bakı aviareysilə Azərbaycana gələn ölkə vətəndaşı gömrük nəzarətindən keçərkən, onun baqajına rentgen aparatıyla baxış zamanı monitorda "beşbarmağ"ın təsviri görünüb. 

    Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşa məxsus çamadanın içərisindəki şəxsi əşyaların arasında 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi