Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanıb

Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanıb Yığmamız ilkin seçmə mərhələni dörd xalla ikinci pillədə başa vurub
Hadisə
31 Oktyabr , 2017 20:27
Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ 19 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanıb. 

"Report" AFFA-ya istinadən xəbər verir ki, yığmamız ilkin seçmə mərhələdə bu gün son oyununu Albaniya komandasına qarşı keçirib. 

Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Yığmamız ilkin seçmə mərhələni dörd xalla ikinci pillədə başa vurub.

Son xəbərlər

Orphus sistemi