Azərbaycan xilasediciləri Kahramanmaraşda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir - VİDEO

Azərbaycan xilasediciləri Kahramanmaraşda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir - VİDEO Azərbaycan xilasediciləri Türkiyənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları keçirir.
Hadisə
9 Fevral , 2023 12:09
Azərbaycan xilasediciləri Kahramanmaraşda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir - VİDEO

Azərbaycan xilasediciləri Türkiyənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları keçirir.

Bu barədə "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir.

Belə ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Fevralın 9-da şəhər ərazisində FHN-in xilasediciləri qruplar şəklində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparır.

Hazırda Azərbaycanın xilasediciləri Kahramanmaraş şəhərinin Milli Təhsil prospektindəki binaların dağıntıları altında qalmış insanların çıxarılması əməliyyatlarını həyata keçirirlər.

Eyni zamanda əməliyyatlara FHN-in xüsusi təlim keçmiş itləri də cəlb edilib.

Xatırladaq ki, Azərbaycanın xilasediciləri gecədən səhərədək də axtarış-xilasetmə əməliyyatlarını keçirib.

Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 147 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi