​Azərbaycan XİN Emin Hüseynovun İsveçrə səfirliyində gizlənməsi ilə bağlı açıqlama yayıb

​Azərbaycan XİN Emin Hüseynovun İsveçrə səfirliyində gizlənməsi ilə bağlı açıqlama yayıb "Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər bir vətəndaşın təqsirsizlik prezumpsiyası hüququ var"
Hadisə
12 Fevral , 2015 17:44
​Azərbaycan XİN Emin Hüseynovun İsveçrə səfirliyində gizlənməsi ilə bağlı açıqlama yayıb

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının vətəndaşı Emin Hüseynov barəsində Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmaqla, 19 avqust 2014-cü il tarixdə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib. “Report”un xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Məhkəmə qərarı əsasında aparılmış araşdırmalar nəticəsində Emin Hüseynovun “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu” İctimai Birliyinin sədri kimi qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 1.575.956 manat məbləğində külli miqdarda gəlir əldə etdiyi və dövlət büdcəsinə ödənilməli olan 247.551 manat məbləğində xeyli miqdarda vergiləri ödəməkdən yayındığı müəyyən edilib. 7 iyul 2014-cü il tarixindən etibarən Emi Hüseynov dəfələrlə ünvanına çağırış vərəqələri göndərilməklə istintaqa dəvət edilsə də, qaçaraq İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfirliyində gizlənib. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər bir vətəndaşın təqsirsizlik prezumpsiyası hüququ var”.

H.Hacıyev əlavə edib ki, hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi