Azərbaycan XİN Avstraliyaya başsağlığı verib

Azərbaycan XİN Avstraliyaya başsağlığı verib Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstraliyada baş verən meşə yanğınları nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.
Hadisə
7 yanvar 2020 16:02
Azərbaycan XİN Avstraliyaya başsağlığı verib
Xarici İşlər Nazirliyi / Report

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstraliyada baş verən meşə yanğınları nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində qeyd olunub.

“Avstraliyada yanğınlarda ölən şəxslərin ailələrinə başsağlığı veririk. Avstraliya xalqına, cəsur yanğınsöndürənlərə və ölkə tarixində ən güclü yanğınlara qarşı mübarizə aparan könüllülərə güclü dəstəyimizi ifadə edir və onlarla həmrəy olduğumuzu bildiririk”.

Xatırladaq ki, ölkədə yanğınlar başlayandan bəri 7 milyon hektara yaxın ərazi yanıb, azı 24 nəfər və yüz milyonlarla heyvan ölüb.

Son xəbərlər

Orphus sistemi