Yuxarı

​Azərbaycan vətəndaşlarının avtomobilindən xeyli miqdarda spirtli içki və siqaret aşkar olunub

Bütün faktlarla bağlı araşdırma aparılır

Bakı. 30 dekabr. REPORT.AZ/ Tovuz Gömrük İdarəsinin əməkdaşları üzərində aksiz markası olmayan xeyli miqdarda spirtli içki və siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. Bu barədə "Report"a DGK-nin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, İdarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşları - Elmir Musayevin idarə etdiyi nəqliyyat vasitəsindən 124 ədəd 1 litrlik “Russkiy standart”, Fuad Ocaqverdiyevin idarə etdiyi “Ford Transit” markalı nəqliyyat vasitəsindən 58 ədəd 1 litrlik və 9 ədəd 0,5 litrlik “Nemirov” araqları, Rövşən Atakişiyevin idarə etdiyi nəqliyyat vasitəsindən 16 400 ədəd “Marlboro”, 11 400 ədəd “Marlboro touch”, 7 200 ədəd “Parlament” və 4 800 ədəd “Winston” siqaretləri, Teymur Əliyevin idarə etdiyi “Mercedes-Benz C180” markalı nəqliyyat vasitəsindən isə 3 000 ədəd “Marlboro” siqareti gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar olunaraq saxlanılıb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi