Azərbaycan vətəndaşları Gürcüstanda yol qəzasına düşüblər

Azərbaycan vətəndaşları Gürcüstanda yol qəzasına düşüblər Gürcüstanda Tbilisi-Batumi magistral avtomobil yolunda qəza baş verib.
Hadisə
12 İyul , 2019 13:45
Azərbaycan vətəndaşları Gürcüstanda yol qəzasına düşüblər

Gürcüstanda Tbilisi-Batumi magistral avtomobil yolunda qəza baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Yaralananlar arasında Azərbaycan vətəndaşlarının olduğu bildirilir. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.

Gürcüstan Daxili İşlər Nazirliyi qəza ilə bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi