Yuxarı

Azərbaycan vətəndaşının öldürülməsində şübhəli bilinən 4 erməni saxlanılıb

Sankt-Peterburq polisinə 39 yaşlı Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı qadın müraciət edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Rusiyanın şimal paytaxtı sayılan Sankt-Peterburqun hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşının öldürülməsi ilə bağlı cinayətin üstünü açıb. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, oktyabrın 15-də bir qadın Puşkin rayon polis bölməsinə müraciət edərək 39 yaşlı Azərbaycan vətəndaşının itkin düşdüyü haqda məlumat verib.

Üç gün sonra isə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci (Qətl) maddəsi ilə cinayət işi açılıb. Əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət axtarış şöbəsinin əməkdaşları dörd ermənini saxlayıb. Onlardan biri 42 yaşlı Ermənistan vətəndaşı, üçü isə 31-38 yaşları arasında olan Rusiya vətəndaşlarıdır.

İlkin məlumata görə, oktyabrın 14-də Puşkin royunundakı "Kabab evi" restoranında saxlanılanlarla zərərçəkən arasında münaqişə yaranıb. Azərbaycan vətəndaşı döyülüb və elə öz maşınının yük yerinə qoyularaq Moskva şosesindən 2 km məsafədə olan, Qırmızı Bor qəsəbəsindəki sahəyə aparılıb. Burada saxlanılanlardan biri ona sinə və bel nahiyələrindən 13 bıçaq zərbəsi endirib. Məhz bıçaq zərbələrindən sonra Azərbaycan vətəndaşı keçinib. Zərərçəkənin meyitini gizlicə basdıran cinayətkarlar maşını da yandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi