Azərbaycan vətəndaşının maşınında gömrükdən gizlədilən siqaretlər aşkarlanıb

Azərbaycan vətəndaşının maşınında gömrükdən gizlədilən siqaretlər aşkarlanıb Bakı. 13 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin Sınıq Körpü gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi Mercedes-Benz 190 markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Hadisə
13 Avqust , 2018 13:18
Azərbaycan vətəndaşının maşınında gömrükdən gizlədilən siqaretlər aşkarlanıb

Bakı. 13 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "Mercedes-Benz 190" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

"Report" DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 2000 ədəd "Parlament Super Slim" və 1180 ədəd "Parlament Carat" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi