Yuxarı
    Bağlamaq

    Azərbaycan vətəndaşının daxili orqanından 40 büküm narkotik vasitə və psixotrop maddə çıxıb

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 23 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn ölkə vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. 

    Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, yoxlama zamanı, həmin şəxsin daxili orqanından (düz bağırsağından) 19 bükümdə, ümumi xalis çəkisi 86,165 qram olan narkotik vasitə - heroin, 20 bükümdə, ümumi xalis çəkisi 97,795 qram olan narkotik vasitə - tiryək, 1 bükümdə isə xalis çəkisi 1,740 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi