Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitələr aşkar edilib

Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitələr aşkar edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
6 Yanvar , 2017 15:45
Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitələr aşkar edilib

Bakı. 6 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İrandan piyada yolla Azərbaycana gələn ölkə vətəndaşı saxlanılıb. Bu barədə “Report”a DGK-dan bildirilib.

Məlumata görə, həmin vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) narkotik vasitələr - bir ədəd bükümdə, xalis çəkisi 9,850 qram təşkil edən heroin və bir ədəd bükümdə, xalis çəkisi 0,5 qram təşkil edən tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi