Azərbaycan vətəndaşının daxili orqanında heroin aşkar edilib

Azərbaycan vətəndaşının daxili orqanında heroin aşkar edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
21 Sentyabr , 2017 11:58
Azərbaycan vətəndaşının daxili orqanında heroin aşkar edilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı saxlanılıb.

“Report” xəbər verir ki, yoxlama zamanı vətəndaşın üzərində şəxsi yoxlama zamanı zərurət yarandığından onun daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, həmin şəxsin düz bağırsağında 1 ədəd bükümdə xalis çəkisi 9,150 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi