Bakı. 7 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.
"Report" DGK-ya istinadən xəbər verir ki, vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) 4 ədəd bükümdə, ümumi xalis çəkisi 177,834 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.