Azərbaycan vətəndaşını öldürməkdə şübhəli bilinən üç nəfər Krımda saxlanılıb

Azərbaycan vətəndaşını öldürməkdə şübhəli bilinən üç nəfər Krımda saxlanılıb Cinayətkarlar qətlə yetirilən şəxsdən 3 milyon rubl oğurlayıb
Hadisə
15 Sentyabr , 2017 14:00
Azərbaycan vətəndaşını öldürməkdə şübhəli bilinən üç nəfər Krımda saxlanılıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Krımda müstəntiqlər ötən ilin oktyabr ayında 1968-ci il təvəllüdlü Azərbaycan vətəndaşının öldürülməsi ilə bağlı cinayət işinin üstünü açıb.

"Report" "Sevastopol xəbərləri"nə istinadən xəbər verir ki, qətllə əlaqədar Feodosiyanın üç sakini saxlanılıb.

İstintaqın məlumatına görə, şübhəli şəxslər 2016-cı ilin oktyabr ayında maliyyə vəziyyətlərini yaxşılaşdırmaq məqsədilə qanunsuz hərəkətlər etmək üçün Sevastopol şəhərinə gəliblər. Onlar şəhərdə olarkən yerli sakinlə tanış olublar və söhbət zamanı gələcək qurbanlarının avtomobil almaq üçün böyük məbləğdə pul topladığını öyrəniblər.

Həmsöhbətdən bütün lazımi informasiyanı, o cümlədən onun harada yaşaması, həyat tərzi, gündəlik fəaliyyət qrafiki barədə məlumatları topladıqdan sonra cinayətkarlar səhər saatlarında mərhumu zor tətbiq edərək avtomobilə salıb və orada döyməyə davam ediblər. Onlar 3 milyon rubl dəyərindəki pul və digər qiymətli əmlakın yerini öyrənməyə çalışıblar.

2016-cı il oktyabrın 16-da avtomobil yolunun kənarında saxlanılmış "Ford Transit" avtomobilinin yük yerində Azərbaycan vətəndaşının meyiti aşkar edilib.

Hazırda şübhəli şəxslər saxlanılıb. Onlar təqsirkar olduqlarını etiraflar ediblər.

Son xəbərlər

Orphus sistemi