Almaniyada Azərbaycan vətəndaşını bıçaqlayan suriyalıya hökm oxunub

Almaniyada Azərbaycan vətəndaşını bıçaqlayan suriyalıya hökm oxunub Almaniyada yaşadığı yataqxanada 32 yaşlı Azərbaycan vətəndaşı Samir Quliyevi bıçaqlayan Suriya vətəndaşının məhkəmə prosesi keçirilib.
Hadisə
254
8 Sentyabr , 2021 15:30
Almaniyada Azərbaycan vətəndaşını bıçaqlayan suriyalıya hökm oxunub

Almaniyada yaşadığı yataqxanada 32 yaşlı Azərbaycan vətəndaşı Samir Quliyevi bıçaqlayan Suriya vətəndaşının məhkəmə prosesi keçirilib.

“Report”un Avropa bürosunun məlumatına görə, 41 yaşlı Abdulətif Məhəmməd məhkəmənin hökmü ilə 2 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.

Hadisə 2015-ci ildə Almaniyanın Bavariya əyalətinin Degenndorf şəhərindəki qaçqın yataqxanasında qeydə alınıb. Eyni oyaqda qalan azərbaycanlı ilə suriyalı axşam saatlarında mübahisə etməyə başlayıblar. Məhkəmədə şahid ifadələri zamanı məlum olub ki, S.Quliyev A.Məhəmmədə telefonla yüksək səslə danışdığına görə irad bildirib. Tərəflər arasında yaranan mübahisə davaya çevrilib. Nəticədə A.Məhəmməd üzərində gəzdirdiyi ov bıçağı ilə S.Quliyevi qarın nahiyyəsindən bıçaqlayıb. Azərbaycan vətəndaşı helikopterlə xəstəxanaya çatdırılıb. Əməliyyatdan iki ay sonra evə buraxılıb.

A.Məhəmməd isə hadisədən sonra qaçarkən, avtobus dayanacaqlarının birində polis tərəfindən saxlanılıb.

Suriya vətəndaşının cəzasının çəkdikdən sonra ölkəsinə deportasiya edilməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi