Azərbaycan vətəndaşına məxsus yuyucu toz qutusundan psixotrop maddə çıxıb

Azərbaycan vətəndaşına məxsus yuyucu toz qutusundan psixotrop maddə çıxıb Bakı. 12 iyul. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen aparatıyla yoxlanılarkən monitorda şübhəli cizgilər görünüb.
Hadisə
12 İyul , 2018 11:36
Azərbaycan vətəndaşına məxsus yuyucu toz qutusundan psixotrop maddə çıxıb

Bakı. 12 iyul. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen aparatıyla yoxlanılarkən monitorda şübhəli cizgilər görünüb.

“Report” DGK-ya istinadən xəbər verir ki, bu səbəbdən həmin yükə təkrar baxış keçirilib. Nəticədə, vətəndaşa məxsus yuyucu toz qutusunda ümumi sayı 170 ədəd paketdə olmaqla, xalis çəkisi 183,652 qram təşkil edən metamfetamin və 1 ədəd kolba aşkar olunub.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi