Bakı. 28 sentyabr. REPORT.AZ/ Xəzər dənizinin şimal hissəsində üç brakonyer saxlanılıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar əvvəlcə Sahil Mühafizə Xidmətinin əməkdaşlarının tələblərinə əməl etməyib və qaçmağa cəhd göstərib, ancaq qısa təqibdən sonra saxlanılıblar.
Onlardan ikisi - Dağıstan vətəndaşları iki sutkalıq həbs olunub, Azərbaycan vətəndaşı olan üçüncü şəxs isə üç gün həbsdə qalacaq.