Azərbaycan vətəndaşı Ukraynadan Belarusa qanunsuz yolla keçməyə çalışarkən saxlanılıb

Azərbaycan vətəndaşı Ukraynadan Belarusa qanunsuz yolla keçməyə çalışarkən saxlanılıb Bu barədə Ukraynanın Dövlət Sərhəd Xidməti məlumat yayıb
Hadisə
9 İyun , 2018 12:19
Azərbaycan vətəndaşı Ukraynadan Belarusa qanunsuz yolla keçməyə çalışarkən saxlanılıb

Bakı. 9 iyun. REPORT.AZ/ Ukrayna sərhədçiləri 29 yaşlı Azərbaycan vətəndaşını Belarusa qanunsuz yolla keçməyə çalışarkən saxlayıblar. 

"Report" UNN-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Sərhəd Xidmətindən bildirilib.

Məlumata görə, bu yaxınlarda Ukraynaya gələn Azərbaycan vətəndaşı Belarusa getmək istəyərkən Belarusun sərhədçiləri tərəfindən saxlanılıb və Ukraynaya geri qaytarılıb. O, daha sonra Ukrayna-Belarus sərhədini qanunsuz keçməyə cəhd göstərib. Azərbaycan vətəndaşının Ukrayna ərazisinə daxil olmasına 3 il müddətinə qadağa qoyulması barədə qərar verilib. 

Son xəbərlər

Orphus sistemi