Yuxarı
    Bağlamaq

    ​Azərbaycan vətəndaşı Ukrayna sərhədçilərinə rüşvət təklif edib

    Hadisə barədə DİN əməkdaşları məlumatlandırılıb

    Bakı. 3 sentyabr. REPORT.AZ/ Ukraynada Azərbaycan vətəndaşı sərhəd xidməti əməkdaşlarına rüşvət təklif edib.

    "Report" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibliyi məlumat yayıb.

    O, sərhəd xidmətinin Kiyev üzrə əlahiddə nəzarət-buraxılış məntəqəsinin müfəttişinə Ukrayna ərazisində nəzərdə tutulan müddətdən 14 gün artıq qaldığına görə 100 dollar təklif edib. Hadisə barədə Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşları məlumatlandırılıb.

    Xatırladaq ki, Ukraynada sərhədçilərə rüşvətdən imtina müqabilində mükafat verilməsinə başlanılıb. Son vaxtlar ərzində Dövlət Sərhəd Xidməti öz əməkdaşları arasında 185 rüşvətdən imtina etmə halı qeydə alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi