Yuxarı

Azərbaycan vətəndaşı Türkiyədə motosiklet qəzasında ölüb

Azərbaycan vətəndaşı Türkiyədə motosiklet qəzasında ölüb
Cənazənin Qazaxa gətirilməsi üçün Azərbaycanın İstanbuldakı konsulluğuna müraciət olunacaq

Bakı. 4 sentyabr. REPORT.AZ/ Türkiyədə yaşayan Azərbaycan vətəndaşı qəzaya düşüb.

“Report”un məlumatına görə, hadisə dünən Kırklarəli əyalətinin Dəmirköy qəsəbəsində baş verib.

Belə ki, Qazax sakini, 1979-cu il təvəllüdlü Hüseynov Elçin Rövşən oğlu motosiklet idarə edərkən qarşısına çıxan avtomobillə toqquşmamaq üçün sükanı yan tərəfə döndərib. Nəticədə o, motosikletlə birlikdə divara çırpılıb. E.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Mərhumun həyat yoldaşı “Report”a açıqlamasında sənədləşmə işləri üçün sabah, sentyabrın 5-də İstanbula gedəcəyini deyib. Bu işlər başa çatdıqdan sonra cənazənin Qazax rayonuna gətirilməsi üçün Azərbaycanın İstanbuldakı konsulluğuna müraciət olunacaq.

Qeyd edək ki, cütlük bir ildir Türkiyədə yaşayırmış. E.Hüseynov inşaat sektorunda çalışırmış.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi