Yuxarı

​Azərbaycan vətəndaşı terrorçu qruplara qoşulmaq üçün Suriyaya qaçmaq istəyərkən həbs edilib

O, Suriyaya həyat yoldaşı ilə birgə getmək istəyib

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan vətəndaşı dələduzluq edərək Suriyaya qaçmaq istəyərkən saxlanılıb. Bu barədə “Report” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir.

Belə ki, Şəki rayon sakini Rahim Hacıyev həmyerlisi Samir Abdurrəhmanova qarşı dələduzluq edərək avtomobil satacağı adı ilə onun 11 min manatını alıb, avtomobili isə başqa yerdə gizlətdikdən sonra həyat yoldaşı Günellə birgə Suriyadakı terrorçu qruplara qoşulmaq niyyəti ilə ölkəni tərk etmək istəyərkən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

R.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan edilmiş 12 ədəd dini məzmunlu kitab, 9 ədəd disk və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində (ŞRPŞ) Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi qaldırılıb.

Rahim Hacıyev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib və o, həbs olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi