Azərbaycan vətəndaşı sərhədi qanunsuz keçdiyinə görə Bryansk vilayətində saxlanılıb

Azərbaycan vətəndaşı sərhədi qanunsuz keçdiyinə görə Bryansk vilayətində saxlanılıb O, 4 ilədək həbs cəzası ala bilər
Hadisə
18 yanvar 2019 08:07
Azərbaycan vətəndaşı sərhədi qanunsuz keçdiyinə görə Bryansk vilayətində saxlanılıb
0 : 00
0 : 00

Bakı. 18 yanvar. REPORT.AZ/ Rusiyanın Bryansk vilayətinin Sərhəd Xidmətinin əməkdaşları Ukrayna ilə dövlət sərhədini qanunsuz keçən Azərbaycan vətəndaşını saxlayıblar.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Sərhədçilər Bryansk vilayətinin Suzemski rayonunda biri Azərbaycan, digəri Ukrayna vətəndaşı olmaqla 2 nəfəri saxlayıb.

Azərbaycan vətəndaşı daha əvvəl törətdiyi qanun pozuntusuna görə, 2020-ci ilədək Rusiyaya girişin onun üçün qadağan edildiyini bildirib. O, bu səbəbdən soyadını dəyişib, yeni pasport alıb və onunla sərhəd keçid məntəqəsi olmayan yerdən Rusiyaya daxil olmağa qərar verib.

Ukrayna vətəndaşı bələdçi kimi ona yardım edib. Onlara 4 ilədək həbs cəzası verilə bilər.

Son xəbərlər

Orphus sistemi