Azərbaycan vətəndaşı Saratovdan Bakıya qayıdarkən vağzalda keçinib

Azərbaycan vətəndaşı Saratovdan Bakıya qayıdarkən vağzalda keçinib 79 yaşlı qadın "Mahaçqala-Bakı" qatarı ilə evə gəlməyə hazırlaşırmış
Hadisə
25 Sentyabr , 2016 16:20
Azərbaycan vətəndaşı Saratovdan Bakıya qayıdarkən vağzalda keçinib

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bu gün Rusiyanın Saratov şəhərinin vağzalında 79 yaşlı Azərbaycan vətəndaşı qəflətən dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "Vzqlyad-info" İA məlumat yayıb.

Qadın Bakı vaxtı ilə saat təqribən 12:32 radələrində dəmiryolu vağzalı yanındakı "Uley" kafesində olarkən, özünü pis hiss edib. O, təcili olaraq tibb məntəqəsinə çatdırılıb, lakin həkimlərin müdaxiləsi uğursuz olub və qadın günorta saatlarında vəfat edib.

Məlum olub ki, qadın iki ay əvvəl Bakıdan Saratova rəfiqəsigilə qonaq gedib. Bu gün o, "Mahaçqala-Bakı" qatarı ilə evinə qayıtmağa hazırlaşırmış.

Hazırda qadının nəşi morqa göndərilib.

Son xəbərlər

Orphus sistemi