Sankt-Peterburqda Coca-Cola zavodunun direktorunun qətlində təqsirləndirilən Azərbaycan vətəndaşı saxlanılıb

Sankt-Peterburqda Coca-Cola zavodunun direktorunun qətlində təqsirləndirilən Azərbaycan vətəndaşı saxlanılıb Cinayətin digər iştirakçılarının həbs olunması və onlara ittihamın elan olunması məsələsinə baxılır
Hadisə
3 Dekabr , 2014 17:15
Sankt-Peterburqda Coca-Cola zavodunun direktorunun qətlində təqsirləndirilən Azərbaycan vətəndaşı saxlanılıb

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün Rusiya Federasiyasının (RF) Sankt-Peterburq şəhərində 28 yaşlı Azərbaycan vətəndaşı Denis Çxitauri və əvvəllər məhkum olunmuş 46 yaşlı Vyaçeslav Finoqenov Coca-Cola zavodunun direktoru Dmitri Soşnevin qətlində şübhəli bilinərək saxlanılıblar. Bu barədə "Report" RF İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir.

İstintaqın rəyinə görə, noyabr ayının 28-də D.Çxitauri və V.Finoqenov Frunze rayonunun ərazisində yerləşən qarajların yaxınlığında D.Soşnevlə görüş təyin ediblər.

Burada V.Finoqenov kustar üsulla hazırlanmış odlu silahdan atəş açaraq D.Soşnevi qətlə yetirib. Daha sonra şübhəli şəxslər onun cibindən 150 min rubl, eləcə də BMW markalı avtomobilin sənədlərini götürüblər. Onlar avtomobili daha sonra 1 mln. rubla satmaq niyyətində olublar.  

Saxlanılan şəxslərin ifadələri əsasında iş adamının meyiti tapılıb. Cinayətin digər iştirakçılarının həbs olunması və onlara ittihamın elan olunması məsələsinə baxılır.  

37 yaşlı D.Soşnev noyabrın 28-də səhər saatlarında yoxa çıxıb. Bu barədə polisə onun qohumları məlumat verib. 

Son xəbərlər

Orphus sistemi