Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycan vətəndaşı Sankt-Peterburqda 24 yaşlı paralimpiyaçı idmançı Semyon Filatovun qətlində şübhəli bilinir.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, S.Filatov Sankt-Peterburqda Lenin prospektindəki evlərin birində yaxın məsafədən yeddi dəfə güllələnmişdi.
Hüquq-mühafizə orqanlarının əməkdaşları potensial cinayətkarların şəxsiyyətini müəyyən edib, eləcə də onların həbs edilməsi prosesini uğurla yerinə yetirib. Saxlanılanlar Anastasiya adlı xanım və onun dostu, gənc Azərbaycan vətəndaşı olub.
Polislər şübhəliləri Moskva ətrafında, qaçmağa çalışan zaman saxlayıb.