Bakı. 29 noyabr. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı malların daşınması ilə bağlı irimiqyaslı fırıldaqçılıq şübhəsinə görə saxlanılıb.
Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.
Məlumata görə, saxlanılan şəxs nəqliyyat vasitələri ilə logistik xidmət göstərmək bəhanəsi ilə bahalı malların oğurlanması yolu ilə 22 milyon rubl (559 min manat) məbləğində zənginləşməyi bacaran cinayətkar qrupun üzvüdür.
Qrupa həmçinin dağıstanlı və Ukrayna vətəndaşı da üzv olub. Saxlanılanlar daha əvvəl məhkumluq həyatı yaşamayıblar.
Əlavə əməliyyat-axtarış tədbirləri zamanı oğurlanmış malların bir qismi aşkar edilib, cinayətkar qruplaşmanın fəaliyyətinin digər epizodları araşdırılır.