Azərbaycan vətəndaşı Sankt-Peterburqda bıçaqlanıb

Azərbaycan vətəndaşı Sankt-Peterburqda bıçaqlanıb Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanın 27 yaşlı vətəndaşı Rusiyanın Sankt-Peterburq şəhərində silahlı hücuma məruz qalıb.
Hadisə
25 May , 2018 11:16
Azərbaycan vətəndaşı Sankt-Peterburqda bıçaqlanıb

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanın 27 yaşlı vətəndaşı Rusiyanın Sankt-Peterburq şəhərində silahlı hücuma məruz qalıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, hücum edən şəxs zərərçəkənə bir neçə bıçaq zərbəsi endirdikdən sonra hadisə yerindən qaçıb.

Azərbaycanlı döş qəfəsinin sol yarısında kəsilmiş-deşilmiş yaralarla, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi