Azərbaycan vətəndaşı Rusiyada soyğunçuluğun qarşısını almaq istəyərkən bıçaqlanıb

Azərbaycan vətəndaşı Rusiyada soyğunçuluğun qarşısını almaq istəyərkən bıçaqlanıb Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycan vətəndaşı Rusiyanın Sankt-Peterburq şəhərində soyğunçuluğun qarşısını almaq istəyərkən yaralanıb.
Hadisə
16 Oktyabr , 2018 11:00
Azərbaycan vətəndaşı Rusiyada soyğunçuluğun qarşısını almaq istəyərkən bıçaqlanıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycan vətəndaşı Rusiyanın Sankt-Peterburq şəhərində soyğunçuluğun qarşısını almaq istəyərkən yaralanıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə ərzaq dükanına hücum zamanı baş verib.

Satıcının olmamasından istifadə edən cinayətkar 10 min rubl (150 ABŞ dollarından çox) vəsaiti kassadan götürüb. Alıcı onu dayandırmağa çalışıb, buna cavab olaraq soyğunçu bıçağa əl atıb.

Nəticədə 38 yaşlı Azərbaycan vətəndaşı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər ona döş qəfəsinin sol hissəsinin kəsilmiş-deşilmiş yarası, sol qolunun kəsilmiş yarası diaqnozu qoyublar. 

Son xəbərlər

Orphus sistemi