Azərbaycan vətəndaşı Rusiyada həmvətənlərini aldatdığına görə iki il həbsxanada yatacaq

Azərbaycan vətəndaşı Rusiyada həmvətənlərini aldatdığına görə iki il həbsxanada yatacaq Tümen Mərkəzi Rayon Məhkəməsi 55 yaşlı azərbaycanlı Elman Bayramovu fırıldaqçılıqda günahkar bilib
Hadisə
7 Noyabr , 2016 12:21
Azərbaycan vətəndaşı Rusiyada həmvətənlərini aldatdığına görə iki il həbsxanada yatacaq

Bakı. 7 noyabr. REPORT.AZ/ Tümen Mərkəzi Rayon Məhkəməsi 55 yaşlı azərbaycanlı Elman Bayramovu fırıldaqçılıqda günahkar bilib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə o, iki illik müddətə azadlıqdan məhrum edilib və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Təqsirləndirilən şəxs günahını boynuna alıb və işin xüsusi qaydada baxılması üçün vəsatət yazıb.

E.Bayramov ali təhsillidir, sənədlərdə qeyd olunduğuna görə, o, 2014-cü ildən "Metalloprokat MMK" MMC-nin baş direktorudur.

Təqsirləndirilən şəxs tələbə oğluna yataqxanada otaq almaq istəyən azərbaycanlı cütlüyün etibarını qazanaraq onlardan ucuz qiymətə uyğun mənzil tapmaq üçün 100 min rubl pul istəyib. Maxinasiya nəticəsində ailə ödənişi etmək üçün lombarda ümumi dəyəri 27 716 rubl olan qızıl-zinət əşyası girov qoymalı olub. Ailə üzvləri elə lombarddaca E.Bayramova 100 min rubl ödəyib. Bundan sonra sonuncu yoxa çıxıb.

Bir neçə gün sonra azərbaycanlı ailə dələduzla qarşılaşıb və güc tətbiq etməklə pullarının bir hissəsini - 16 min rublu zorla geri alıb. Fırıldaqçı polisə gedərək, soyğuna məruz qaldığını bildirib. Nəticədə patrul cütlüyü saxlayıb. Amma məsələnin üstü açılınca polis zərərçəkən ailəni sərbəst buraxıb və fırıldaqçını saxlayıb.

Məhkəmə zərərçəkənin mülki iddiasını təmin edib və E.Bayramovu azadlıqdan məhrum etməklə yanaşı, qarşı tərəfə vurduğu maddi ziyanının qalan hissəsini - 83,5 min rublu da qaytarmağa məcbur edən hökm çıxarıb.

Son xəbərlər

Orphus sistemi