Bakı. 19 sentyabr. REPORT.AZ/ Sankt-Peterburqda zorlama və qarətdə şübhəli bilinən 39 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
"Report" xəbər verir ki, faktla bağlı polisə 57 yaşlı şəhər sakini müraciət edib.
Qadın sentyabrın 10-da Lanskoe şossedə yerləşən 65 saylı evdə tanışı tərəfindən bıçaqla hədələnərək cinsi təcavüzə məruz qaldığını bildirib. Cani, həmçinin qadının qızıl-zinət əşyalarını götürərək qaçıb.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsi üzrə cinayət işi qaldırılıb. Şübhəli şəxs saxlanılıb, qarət olunan zinət əşyalarının bir hissəsi götürülüb.