Azərbaycan vətəndaşı İrandan narkotik vasitələr gətirməyə cəhd edib

Azərbaycan vətəndaşı İrandan narkotik vasitələr gətirməyə cəhd edib Bakı. 25 iyul. REPORT.AZ/ Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Hadisə
25 İyul , 2018 12:29
Azərbaycan vətəndaşı İrandan narkotik vasitələr gətirməyə cəhd edib
Customs.gov.az
0 : 00
0 : 00

Bakı. 25 iyul. REPORT.AZ/ Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən “Report”a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın üst paltarlarının altında, bədəninin bel nahiyəsinə kapron coraba yığılaraq sarınmış vəziyyətdə narkotik vasitələr - 2 bükümdə ümumi xalis çəkisi 480,76 qram olan heroin və 1 bükümdə xalis çəkisi 15,21 qram olan qurudulmuş marixuana, 4 bükümdə isə ümumi xalis çəkisi 201,61 qram olan metamfetamin adlı psixotrop maddə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi