Yuxarı

Azərbaycan vətəndaşı həyat yoldaşının paltarında ölkəyə narkotik vasitə keçirmək istəyib

Həyat yoldaşının paltarında ölkəyə narkotik vasitə keçirmək istədi

Azərbaycan vətəndaşları - Elburus Seyfəli oğlu Rəsulov və onun həyat yoldaşı Elvira Zabir qızı Ağayeva birlikdə piyada yolla İrandan Azərbaycana gələrkən Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun sərnişin idxal xəttində gömrük nəzarəti zamanı saxlanılaraq onların üzərində ayrı-ayrılıqda şəxsi yoxlama aparılıb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Bildirilib ki, A.Elvira üzərində aparılan şəxsi yoxlama zamanı onun əynindəki alt paltarında gizlədərək keçirməyə cəhd göstərdiyi, şəffaf rəngli sellofana bükülü bağlamada açıq qəhvəyi rəngli, birxətli, üzərində "F/M40" yazısı olan 330 ədəd "metadon" adlı həblər aşkar edilib.

Fakt üzrə ilkin araşdırma zamanı A.Elvira həmin həblərin onunla birlikdə İrandan gələn həyat yoldaşına məxsus olduğunu, onun tapşırığına əsasən gömrük nəzarətindən gizlətmək məqsədilə belə bir addım atdığını bildirib, eyni zamanda R.Elburus onun dediklərini təsdiq edib.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Faktla bağlı cinayət işi başlanılıb və zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi