Azərbaycan vətəndaşı Gürcüstanda 10 il müddətinə azadlıqdan məhrum edilib

Azərbaycan vətəndaşı Gürcüstanda 10 il müddətinə azadlıqdan məhrum edilib Gürcüstanda külli miqdarda narkotik vasitələrin qanunsuz əldə olunması və saxlanılmasında təqsirləndirilən Azərbaycan vətəndaşı 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə
125
17 Yanvar , 2020 13:22
Azərbaycan vətəndaşı Gürcüstanda 10 il müddətinə azadlıqdan məhrum edilib

Gürcüstanda külli miqdarda narkotik vasitələrin qanunsuz əldə olunması və saxlanılmasında təqsirləndirilən Azərbaycan vətəndaşı 10 il müddətinə azadlıqdan məhrum edilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.

Rustavi Şəhər Məhkəməsi H.Q. adlı Azərbaycan vətəndaşını iş üzrə tam günahkar hesab edib.

Məhkəmə ilə sübut olunub ki, həmin şəxs “ADB-FUBINACA” adlı psixotrop tərkibli maddə olan 1269, 794 qram narkotik vasitəni qanunsuz əldə edib və saxlayıb. Narkotik vasitə Azərbaycan vətəndaşının Rustavidə müvəqqəti yaşadığı mənzildə və avtomobilində axtarış zamanı aşkarlanıb. Onun üzərinə keçirilən baxış zamanı isə 96, 2421 qram “MDMA” və 1,5381 qram “Buprenorfin” narkotik vasitələr müsadirə olunub.

Azərbaycan vətəndaşı 2019-cu ilin iyulun 29-da Rustavidə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi