Bakı. 12 dekabr. REPORT.AZ/ Dağıstan Respublikasının Məhərrəmkənd rayonu ərazisində Azərbaycan vətəndaşı qətl hadisəsi törədib.
“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının respublika üzrə İstintaq Komitəsinin məlumatında deyilir.
Bildirilir ki, 48 yaşlı azərbaycanlıya qarşı Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi üzrə cinayət işi açılıb.
İstintaqın fərziyyəsinə görə, dekabrın 10-u yerli vaxtla saat təqribən 15:00-da şübhəli şəxs münaqişə zəminində 50 yaşlı rayon sakininin döş nahiyəsinə 3 bıçaq zərbəsi vurub. Zərərçəkmiş hadisə yerində ölüb.
Hadisəni törədən şəxs sərxoş vəziyyətdə olub. O, saxlanılıb.
Faktla bğalı araşdırma aparılır.