Yuxarı

Azərbaycan vəkillərinin peşə bayramı təsis olunub

Azərbaycan vəkillərinin peşə bayramı təsis olunub

Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycan vəkillərinin peşə bayramının təsis olunması ilə bağlı Vəkillər Kollegiyasında (VK) komissiya yaradılıb.

"Report"un xəbərinə görə, bu barədə Kollegiya sədri Anar Bağırov məlumat verib.

O deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün arxiv sənədləri arşdırılıb. Araşdırmalardan sonra həmin komissiya VK Rəyasət Heyəti qarşısında 30 iyul tarixinin Azərbaycanda vəkillərin peşə bayramı kimi qeyd olunması təklifi ilə çıxış edib. Rəyasət Heyəti bunu müsbət qarşılayıb.

Qeyd olunub ki, Azərbaycanda vəkilliyin yaranma tarixi 30 iyul 1919-cu ildən hesablanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi