Azərbaycan və Ermənistan vətəndaşları Rusiyada sərhədi qanunsuz keçməyə cəhd göstərdiklərinə görə saxlanılıblar

Azərbaycan və Ermənistan vətəndaşları Rusiyada sərhədi qanunsuz keçməyə cəhd göstərdiklərinə görə saxlanılıblar Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan və Ermənistan vətəndaşları Ukrayna-Rusiya sərhədini qanunsuz keçməyə cəhd göstərdiklərinə görə saxlanılıblar. 
Hadisə
9 Fevral , 2018 16:35
Azərbaycan və Ermənistan vətəndaşları Rusiyada sərhədi qanunsuz keçməyə cəhd göstərdiklərinə görə saxlanılıblar

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan və Ermənistan vətəndaşları Ukrayna-Rusiya sərhədini qanunsuz keçməyə cəhd göstərdiklərinə görə saxlanılıblar. 

"Report" Rusiyanın "Komsomolskaya pravda" qəzetinə istinadən xəbər verir ki, saxlanılanlar Kiyevə Bakı və Yerevandan gəldiklərini və Rusiyaya getmək istədiklərini, lakin ölkəyə girişin onlar üçün qadağan olunduğunu söyləyiblər.

Onlar Ukraynanın Xarkov şəhərində yerli sakinlə tanış olublar. O da saxlanılan şəxsləri hər biri üçün 1000 ABŞ dolları qarşılığında Belqorod vilayətinin ərazisinə yönləndirəcəyinə söz verib.

"Bələdçi" onları sərhədin keçid məntəqəsi olmayan hissəsinə gətirib, yolu göstərib və pulunu alaraq oradan uzaqlaşıb. Sərhədi keçdikdən sonra Azərbaycan və Ermənistan vətəndaşları Belqorod vilayətində rusiyalı sərhədçilər tərəfindən saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi