YAP-da Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərliyi ilə görüş keçirilib

YAP-da Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərliyi ilə görüş keçirilib Bakı. 19 fevral. REPORT.AZ/ Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Bakıda səfərdə olan Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüş keçirilib.
Hadisə
19 Fevral , 2019 17:10
YAP-da Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərliyi ilə görüş keçirilib
Report/Elchin Murad

Bakı. 19 fevral. REPORT.AZ/ Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Bakıda səfərdə olan Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüş keçirilib.

“Report”un xəbərinə görə, görüşdə YAP-ın sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov qonaqları salamlayaraq deyib ki, Azərbaycan xalqı Türkiyənin uğurlarına hər zaman sevinir: “Türkiyənin uğurları bizi dost və qardaş olaraq daim sevindirir”.

Görüşdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun türkiyəli rəhbəri Şamil Aydın çıxış edərək Azərbaycanın Türkiyəyə olan səmimi münasibətindən danışıb. O, Türkiyə ilə Azərbaycanın dost və qardaş dövlət olduğunu vurğulayıb.

Qeyd edək ki, tədbirdə Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, üzvləri - Eldar İbrahimov, Şəmsəddin Hacıyev, Məlahət İbrahimqızı, Ağalar Vəliyev və YAP icra katibinin müavini Siyavuş Novruzov, dostluq qrupunun türkiyəli rəhbəri Şamil Aydın, onun müavini Orhan Erdem, qrpun üzvləri – İbrahim Aydemir, Yunus Kılıç, Tülay Kaynarca, Mehmet Erdoğan, Yaşar Karadağ, TBMM-nin əməkdaşı Türker Yener və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi