Azərbaycan Texniki Universitetinin professoru vəfat edib

Azərbaycan Texniki Universitetinin professoru vəfat edib Səmənd Hüseynov bu gün Bakıda dəfn olunacaq
Hadisə
30 Aprel , 2016 09:39
Azərbaycan Texniki Universitetinin professoru vəfat edib

Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycan Texniki Universitetinin (ATU) professoru vəfat edib.

"Report"un məlumatına görə, universitetin Hidravlika və hidrovpnevma qurğular kafedrasının professoru, əməkdar elm xadimi Səmənd Hüseynov dünyasını dəyişib.

Mərhum bu gün Bakıda dəfn olunacaq.

Xatırladaq ki, S.Hüseynov 1938-ci ildə Ermənistanın Mehri rayonunun Əldərə kəndində anadan olub. Elmi fəaliyyətinin əsas hissəsi ATU ilə bağlı olub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi